logo
logo logo
logo

Məntəqə tipli cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirildi

16:42 - 02 Sentyabr 2026

Məntəqə tipli cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 və 12 saylı Məntəqə tipli cəzaçəkmə müəssisələrinə planlı başçəkmələr həyata keçirilib.


Bu barədə Manset.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, başçəkmələrin əsas məqsədi məhkumların saxlanma şəraitinin, onlarla rəftarın, məşğulluğunun, tibbi və sosial-məişət təminatının, habelə hüquq və azadlıqlarının təmin olunması vəziyyətinin yerində araşdırılması və monitorinqinin aparılması olub.

Başçəkmələr zamanı müəssisələrin yaşayış korpuslarına, yeməkxanalarına və digər aidiyyəti obyektlərinə baxış keçirilib, məhkumların saxlanma şəraiti, tibbi təminatı, sosial-məişət vəziyyəti və hüquqlarının təmin olunması ilə bağlı məsələlər öyrənilib.

Həmin müəssisələrdə məhkumların fərdi qəbulu təşkil olunub, onların müraciət və təklifləri dinlənilib, qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Bununla yanaşı, məhkumların Ombudsmana müraciət etmək, hüquqi yardım almaq, ailə üzvləri ilə əlaqə saxlamaq və qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarının həyata keçirilməsi ilə bağlı hüquqi maarifləndirmə aparılıb.

Müəssisə rəhbərliyi ilə keçirilən görüşlərdə də insan hüquq və azadlıqlarının, o cümlədən məhkumların hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi, ayrı-seçkiliyə yol verilməməsi, müraciətlərə həssas yanaşılması və onların operativ araşdırılmasının vacibliyi diqqətə çatdırılıb.

Başçəkmələr çərçivəsində, həmçinin müəssisələrə Ombudsmanın "916" Çağrı Mərkəzi barədə məlumat lövhələri təqdim edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az