Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Manset.az xəbər verir ki, hadisə dünən saat 11 radələrində Xətai rayonunda qeydə alınıb.
NZS qəsəbəsi A.Qurban küçəsi ev 25-in damında usta işləyən Bərdə rayon sakini 1958-ci il təvəllüdlü Fəxrəddin Əliş oğlu Hacıyevi elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.