logo
logo logo
logo

Azərbaycanda böyrəyini satmaq istəyən kişi cərimələndi 

13:19 - 03 Sentyabr 2026

Azərbaycanda böyrəyini satmaq istəyən kişi cərimələndi 

Azərbaycanda böyrəyini satmaq istəyən şəxs 6000 manat cərimələnib.


Manset.az Xitab24.az-a istinadən xəbər verir ki, bununla bağlı Xətai Rayon Məhkəməsi qərar çıxarıb.

Cəriməyə məruz qalan şəxs Abşeron Rayon Məhkəməsinə müraciət edərək cərimə icrasının 6 ay müddətinə təxirə salınması və hissə-hissə ödənilməsinə icazə verilməsinə dair qərar qəbul edilməsini xahiş edib.

Hazırda Ali Məhkəmənin baxışında olan cinayət işi üzrə məhkəmələr onu orqan, yəni böyrək alqı-satqısına cəhd etməkdə təqsirli biliblər.

Qərardan şikayət verən Valeh Qasımov (ad-soyad şərtidir) 6000 manat cərimənin ədalətsiz olduğunu bildirib.

Valeh Qasımov sonradan məhkəməyə ərizə ünvanlayaraq şikayəti ilə bağlı təkrar müraciət edəcəyini bildirib. O, hazırkı ərizənin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Hakim Abusət Qasımov şikayətçinin ərizəsini təmin edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az