logo
logo logo
logo

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində növbəti vətəndaş qəbulu keçirildi - FOTOLAR 

13:27 - 09 Sentyabr 2026

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində növbəti vətəndaş qəbulu keçirildi - FOTOLAR 

Sentyabrın 8-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaş məmnunluğunun artırılması və müraciətlərə operativ baxılmasının təmin edilməsi məqsədilə növbəti vətəndaş qəbulu keçirilib.


Manset.az xəbər verir ki, Baş İdarənin rəisi Read Qasımov vətəndaşların tikinti və istismara icazə prosedurları, şəhərsalma nəzarəti, eləcə də şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı müraciətlərini dinləyib.

Qəbul zamanı qaldırılan məsələlər hər bir müraciətin xüsusiyyətləri, mövcud qanunvericiliyin tələbləri, həmçinin paytaxtın planlı və dayanıqlı inkişaf prinsipləri nəzərə alınmaqla müzakirə edilib.

Vətəndaşlara müraciətlərində qaldırılan məsələlərlə bağlı zəruri izahlar təqdim olunub, əlavə araşdırma tələb edən məsələlərin isə aidiyyəti struktur bölmələri tərəfindən ətraflı öyrənilməsi və müvafiq tədbirlərin görülməsi tapşırılıb.

    


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az