logo
logo logo
logo

Azərbaycanda abortların sayı ilə bağlı dəhşətli STATİSTİKA

11:11 - 16 Sentyabr 2026

Azərbaycanda abortların sayı ilə bağlı dəhşətli STATİSTİKA

Azərbaycanda abortların sayı kəskin artıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95,1 min abort qeydə alınıb.

Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. 

Maraqlıdır ki, 2010-cu ildə 1 milyondan çox abortun qeydə alındığı Rusiyada 2025-ci ildə abort sayı 64% azalaraq 235 minə düşüb.

Ötən il Gürcüstanda 11 800 abort qeydə alınıb ki, bu da 26% azalma deməkdir. Ermənistanda abort statistikası da 18,7 min təşkil edib və 23% geriləyib.

Qardaş Türkiyə də Azərbaycanda olduğu kimi abort halları son 15 ildə artıb. Ötən il ölkədə 74 min abort həyata keçirilib və 2010-cu illə müqayisədə 80% yüksəlib. İran İslam Respublikası da abort trendinin artdığı ölkələr sırasındadır. İranda ötən il abort halları 61% artaraq 305,2 minə yüksəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az