logo
logo logo
logo

Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel müzakirələr keçirildi

11:18 - 16 Sentyabr 2026

Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel müzakirələr keçirildi

Bakıda Türkiyə Prezident Administrasiyasinin Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclas öz işinə başlayıb.


Manset.az xəbər verir ki, panel Türk Dövlətləri Təşkilatının regional və qlobal gücünü artırmaq, türk dünyasının ortaq vizyonunu daha geniş auditoriyaya çatdırmaq və üzv dövlətlər arasında akademik, mədəni, iqtisadi və sosial qarşılıqlı əlaqəni gücləndirmək məqsədi daşıyır.

Paneldə təhsil, iqtisadiyyat, nəqliyyat, enerji, elm və texnologiya, müdafiə sənayesi, media və mədəniyyət daxil olmaqla bir çox sahələrdə mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımlar, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə olunacaq. Paneldə bu ilin oktyabr ayında Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 13-cü Zirvə Görüşü ilə bağlı gözləntilər də müzakirə olunacaq.

Qeyd edək ki, bundan əvvəl eyni mövzuda panel toplantı Qazaxıstanın Astana şəhərində keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az