logo
logo logo
logo

“Əlaqələrimizin inkişafı üçün intensiv şəkildə səylər göstərəcəyik” - Ferhat Pirinççi 

11:58 - 16 Sentyabr 2026

“Əlaqələrimizin inkişafı üçün intensiv şəkildə səylər göstərəcəyik” - Ferhat Pirinççi 

“Azərbaycan Türk Dövlətləri Təşkilatına (TDT) və türk dünyası ideyasına böyük maraq göstərir”.


Manset.az xəbər verir ki, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbər müavini Prof. Dr. Ferhat Pirinççi “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 “Bu gün Bakıda bir daha Azərbaycanın həm Milli Məclis, həm media, həm akademik dairələri tərəfindən Türk Dövlətləri Təşkilatına, türk dünyası ideyasına çox böyük maraq olduğunu gördük. Bu çərçivədə münasibətlərin inkişaf etdirilməsi üçün hər səviyyədə lazımi səyləri göstərilir”, - rəsmi bildirib.

O deyib ki, bu tədbir gələn ay Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə hazırlıq məqsədi daşıyır. Bununla bağlı ötən həftə Qazaxıstanda müzakirələr aparılıb: “Bu tədbirlər vasitəsilə Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə daha güclü fikir və ideya bazasının formalaşmasına, dialoqun inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə nail olmağı qarşıya məqsəd qoymuşuq. Panel iştirakçıları çıxışlarında çox mühüm məqamlara toxundular və fikirlərini ifadə etdilər”. 

Ferhat Pirinççi qeyd edib ki, dünən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevlə də görüşüb:

“İki ölkə münasibətləri ilə yanaşı, türk dünyasında media sahəsində əməkdaşlığın necə inkişaf etdirilə biləcəyini müzakirə etdik. Gördük ki, o da eyni şəkildə türk dünyasındakı əməkdaşlığın, kommunikasiya sahəsində əməkdaşlığın, media və dezinformasiya ilə mübarizədə əməkdaşlığın inkişaf etdirilməsi məsələsində bizimlə eyni fikirləri bölüşür. Bu səbəbdən bundan sonra da həm ikitərəfli münasibətlərimizin, həm də Türk dünyasındakı əlaqələrimizin inkişaf etdirilməsi üçün intensiv şəkildə səylər göstərəcəyik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az