logo
logo logo
logo

"Türk dünyası dialoqları TDT-nin Ankara sammitinə töhfə verəcək" – Pirinççi 

12:36 - 16 Sentyabr 2026

\"Türk dünyası dialoqları TDT-nin Ankara sammitinə töhfə verəcək\" – Pirinççi 

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi “Türk dünyası dialoqları” adlı tədbirlər silsiləsini türk dövlətlərinin müxtəlif şəhərlərində davam etdirməyi planlaşdırır.


Manset.az xəbər verir ki, bunu idarə rəhbərinin köməkçisi Fərhad Pirinççi bazar ertəsi Bakıda keçirilən “Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” panelində bildirib.

Onun sözlərinə görə, Qazaxıstanda başlayan və Bakıda davam edən tədbirlər silsiləsinin məqsədi türk dövlətləri arasında dialoqu gücləndirmək, həmçinin oktyabrın 29–30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) sammiti üçün fikir və təkliflərin formalaşdırılmasına töhfə verməkdir.

“Bundan sonra da başda Bakı olmaqla, bir çox paytaxt və şəhərdə ‘Türk dünyası dialoqları’ adı altında tədbirlər keçirəcəyik”, – Pirinççi deyib.

O bildirib ki, TDT üzv ölkələr arasında ticarət, iqtisadiyyat, təhlükəsizlik, əməkdaşlıq və koordinasiyanın genişləndirilməsi

baxımından mühüm platformaya çevrilib.

Pirinççinin sözlərinə görə, təşkilatın mövcud potensialının yalnız bir hissəsi reallaşdırılıb və əsas məqsəd TDT-nin “Türk Dünyası – 2040” sənədində nəzərdə tutulan hədəflərə nail olmaqdır.
O, Bakıda keçirilən panel zamanı səsləndiriləcək fikir və təkliflərin Ankara sammitinin gündəliyinə töhfə verəcəyinə ümid etdiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az