logo
logo logo
logo

Elçin Mirzəyev və Yaşar Eyvazovun həbs müddəti uzadıldı

16:00 - 16 Sentyabr 2026

Elçin Mirzəyev və Yaşar Eyvazovun həbs müddəti uzadıldı

Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.


Manset.az xəbər verir ki, təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

    Qərara əsasən, təqdimat təmin edilib, təqsirləndirilən hər iki şəxs barəsində həbs qətimkan tədbirinin müddəti 30 noyabradək uzadılıb.

    Təqsirləndirilən Elçin Mirzəyev və Yaşar Eyvazovun hansı maddələr üzrə ittiham edildikləri də məlum olub. Belə ki, adıçəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, təqsirləndirilən Elçin Mirzəyev və Yaşar Eyvazov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az