logo
logo logo
logo

ADY Çindən alınmış yeni yük lokomotivlərini təqdim etdi - FOTOLAR 

14:09 - 18 Sentyabr 2026

ADY Çindən alınmış yeni yük lokomotivlərini təqdim etdi - FOTOLAR 

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Çindən alınmış yeni yük lokomotivlərinin ictimaiyyətə təqdimatı baş tutub. ADY lokomotiv parkının yenilənməsi və yükdaşıma imkanlarının artırılması istiqamətində işləri davam etdirir.


Manset.az xəbər verir ki, Çinin CRRC Ziyang şirkətinin istehsalı olan 7 AC50 tipli müasir yük lokomotivi Bakıya gətirilib. Yüksək dartı gücünə malik lokomotivlər müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz olunub. Onlar ağır və uzun yük qatarlarının daha səmərəli daşınmasına imkan verir.

Lokomotivlərin texniki xidmət intervalı 90 gün təşkil edir. Həmçinin iki kompressorla təchiz olunan 2 000 litrlik əsas hava rezervuarı daha uzun qatarların idarə edilməsinə şərait yaradır.

Yeni lokomotivlər beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımalarda istifadə olunacaq. ADY-nin məlumatına görə, parkın genişləndirilməsi ilə bağlı işlər davam etdirilir və hazırda daha 14 yük lokomotivinin alınması üzrə danışıqlar aparılır.


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az