logo
logo logo
logo

Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlandı

15:46 - 25 Sentyabr 2026

Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlandı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.


Manset.az xəbər verir ki, saxlanılan əvvəllər məhkum olunmuş M.İsmayılovdan 14 kiloqramdan artıq narkotik vasitə və psixotrop tərkibli həblər (20 ədəd) aşkarlanıb.

Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən V. Bayramlı saxlanılıb.

Həmin şəxsdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az