"Qırmızı körpü" gömrük məntəqəsində məcburi bəyannamə tələb olunan çox sayda gümüş zinət əşyasının Gürcüstana keçirilməsinin qarşısı alınıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, vergi xidmətinin məlumatına görə, Gürcüstan vətəndaşının idarə etdiyi yük maşınına ətraflı baxış zamanı 9 038 qram gizlədilmiş gümüş zinət əşyaları aşkar edilib. Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 38 289 lari təşkil edib.
Qanunu pozan vətəndaşa qarşı iş Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.