Bakıda avtomobilin vurduğu piyada ölüb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 6-da Sabunçu rayonu ərazisində qeydə alınıb.
Minik avtomobili 31 yaşlı Həsənzadə Əli Həsən oğlunu vurub. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Lakin görülən tədbirlərə baxmayaraq, bu gün, oktyabrın 17-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.