logo
logo logo
logo

Regional Su Meliorasiya QSC-də yeni təyinatlar - FOTO

21:33 - 21 Oktyabr 2026

Regional Su Meliorasiya QSC-də yeni təyinatlar - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin  (ADSEA) Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyəti Müşahidə Şurasının ilk iclası keçirilib.


Manset.az xəbər verir ki, bu barədə Regional Su Meliorasiya QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iclasda Regional Su Meliorasiya Xidmətinin Prezidentin sərəncamı ilə publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosedurunun qaydalara uyğun şəkildə icra olunduğu, yeni statusun regionların su təchizatının idarə olunmasında daha effektiv nəticələr verə biləcəyinin detalları müzakirə edilib.

İclasda Regional Su Meliorasiya QSC-yə icraçı direktorun təyinatı gerçəkləşib.

Müşahidə Şurasının qərarına əsasən qurumun sədr müavini Elçin Zahid oğlu Məmmədov ADSEA-nın tabeliyidəki Regional Su Meliorasiya QSC - nin icraçı direktoru təyin olunub.

Onu da qeyd edək ki, Regional Su Meliorasiya Xidməti PHŞ-nin keçmiş sədri Zakir Bəybala oğlu Quliyev ADSEA sədrinin əmrinə əsasən Agentlik sədrinin müşaviri təyin edilib.


Fotoda: Zakir Quliyev


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az