logo
logo logo
logo

Sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayının artırılmasından tam razıdırlar

10:05 - 01 Noyabr 2026

Sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayının artırılmasından tam razıdırlar

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik reyslərin sayını ikidən dördə çatdırması sərnişinlər tərəfindən məmnuniyyətlə qarşılanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, yeni qrafik və əlavə reyslər vətəndaşlara səyahətlərini daha rahat planlaşdırmağa və imkanlardan səmərəli istifadə etməyə şərait yaradıb.

Əlavə marşrut üzrə ilk reysin sərnişinlərindən olan Rüfət Süleymani jurnalistlərə bildirib ki, ötən dövrlərlə müqayisədə bilet qiymətləri daha münasibdir.

Ailəsi ilə birlikdə səyahət etdiyini deyən R. Süleymani yeni gündüz reyslərinin uşaqlı ailələr üçün xüsusilə rahat, qatarların təmiz və yüksək şəraitə malik olduğunu vurğulayıb.

Sərnişinlər həmçinin biletləri rəqəmsal platformalar üzərindən rahatlıqla aldıqlarını bildiriblər.

Emil Fərhadov da reyslərin sayının artırılmasının önəmli addım olduğunu qeyd edib.

O, yeni reyslərdə bilet qiymətlərinin münasib olduğunu deyib. Sərnişin qatarlarda göstərilən xidmətin yüksək səviyyədə olduğuna da diqqət çəkib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az