logo
logo logo
logo

"Bu gün APA TV əməkdaşına, sabah hər birimizə hücum edilə bilər!” - Əli Vəliyev

15:17 - 01 Noyabr 2026

\"Bu gün APA TV əməkdaşına, sabah hər birimizə hücum edilə bilər!” - Əli Vəliyev

"APA TV əməkdaşının peşə fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalmasını qətiyyətlə pisləyirəm".


Bu sözləri Manset.az-a açıqlamasında tanınmış jurnalist, Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyev bildirib.

O qeyd edib ki, jurnalist hadisə yerində çəkiliş aparırsa, bu, onun vəzifə borcudur, işidir:

"Heç kimin jurnalisti təhqir etməyə, döyməyə, çəkilişinə mane olmağa və avadanlığına zərər vurmağa haqqı yoxdur. Son günlər REAL TV, Space TV və APA TV əməkdaşlarının oxşar hallarla üzləşməsi xüsusilə narahatlıq doğurur. Bu, artıq ayrı-ayrı insidentlər kimi deyil, jurnalistlərin təhlükəsizliyi və peşə fəaliyyətinə maneələrin aradan qaldırılması kontekstində qiymətləndirilməlidir. Hüquq-mühafizə orqanları yəqin ki, bununla ciddi məşğul olacaq və təqsirkar şəxslər qanun qarşısında cavab verəcək. Jurnalistlərə təzyiq göstərməklə həqiqəti gizlətmək mümkün deyil. Jurnalist həmrəyliyi nümayiş etdirməliyik. Bu gün APA TV əməkdaşına edilən hücum sabah hər birimizə edilən hücumdur. Hər kəs öz işini gördüyü kimi, jurnalist də öz işini görür. Buna mane olmaq olmaz!".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az