Əhalinin gəlirlərinin real artım tempi yüksələcək.
Manset.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, iqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi növbəti ildə 3.5 faiz, 2028-2030-cu illərdə isə ortaillik 3.7 faiz proqnozlaşdırılır.
Gəlirlərin artımına uyğun olaraq, əhalinin xərclərinin real artım tempi növbəti ildə 3.6 faiz, 2028-2030-cu illərdə isə ortaillik 3.7 faiz səviyyəsində proqnozlaşdırılır.
Hesablamalara görə, əsas kapitala investisiyaların həcmi 2027-ci ildə 2.4 faiz, 2028-2030-cu illərdə isə ortaillik 2.1 faiz artacaq.