Azerbaijan flag

Yeni avtomobilin üstünə qaz borusu aşdı - Zərəri kim ödəməlidir? 

16:20 - 10 Noyabr 2026

Yeni avtomobilin üstünə qaz borusu aşdı - Zərəri kim ödəməlidir? 

Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsində güclü külək səbəbindən qaz borusunun yeni alınan avtomobilin üstünə aşması geniş müzakirələrə səbəb olub.


Müzakirələrdə əsas sual vətəndaşa dəyən zərərin kim tərəfindən ödənməli olması ilə bağlıdır.

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda avtomobillər əsasən iki cür sığortalanır:

"Bunlardan biri icbari, yəni məcburi sığortadır. Bu sığorta qarşı tərəfə dəyən zərəri qarşılayır. Digəri isə könüllü şəkildə həyata keçirilən kasko sığortadır.

Sözügedən hadisəyə gəlincə, əgər sürücü nəqliyyat vasitəsini kasko sığorta etdiribsə, bu zaman dəymiş zərəri həmin şirkət, əgər etdirməyibsə, o zaman avtomobilə ziyanı vuran tərəf ödəməlidir. İkinci halda zərər vuran tərəf müəyyənləşdirilməlidir. Bunun üçün isə sürücü məhkəməyə müraciət etməli, iddia qaldırmalı və ödənişi tələb etməlidir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az