Azerbaijan flag

Günəşdə gözlənilməz güclü PARTLAYIŞ

13:50 - 12 Noyabr 2026

Günəşdə gözlənilməz güclü PARTLAYIŞ

Günəş aktivliyinin ümumi azalma meyilinə baxmayaraq, gecəyarısı ərəfəsində Günəşdə güclü alışma qeydə alınıb.


Manset.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasından məlumat verilib.

"Gecəyarısı Günəşin 4566 nömrəli əsas aktiv zonasında qəfildən M kateqoriyalı alışma baş verib. Bu qrupa aid olan hadisələr rəsmi olaraq güclü hesab edilsə də, faktiki olaraq həmin partlayış öz qrupunun ən aşağı həddində - M1.7 bal gücündə olub. Bunun ardınca isə daha aşağı olan C kateqoriyalı bir sıra alışmalar qeydə alınıb", - deyə məlumatda qeyd olunur.

Aktivliyin qısamüddətli artmasına baxmayaraq, Günəşdəki ümumi vəziyyət əvvəlki kimi qalmaqdadır.

Yeni güclü partlayışlar üçün enerji ehtiyatının əsasən tükəndiyi, ulduzun aktiv bölgələrində isə günəş ləkələrinin parçalanması prosesinin davam etdiyi bildirilir.

Qeyd edək ki, rentgen şüalanmasının gücünə görə günəş alışmaları beş sinfə bölünür: A, B, C, M və X.

Ən kiçik A0.0 sinfi Yer orbitində 1 kvadratmetr üçün 10 nVt şüalanma gücünə uyğundur. Növbəti tərəfə keçid zamanı güc 10 dəfə artır. Alışmalar günəş plazmasının atılması ilə müşayiət oluna bilər ki, bu plazma buludları Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az