logo
logo logo
logo

Sabah yağış yağacaq - PROQNOZ

12:55 - 14 Noyabr 2026

Sabah yağış yağacaq - PROQNOZ

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. 


Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısından güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda 0-3°şaxta, gündüz 8-13° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az