logo
logo logo
logo

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

10:55 - 16 Noyabr 2026

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.


Bu barədə Manset.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Tofaş" markalı, 10-GU-380 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ü.Mirzəzadə Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla Ü.Mirzəzadə inzibati qaydada həbs edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az