logo
logo logo
logo

Azərbaycanda "qocalıq pensiyası" alanların sayı açıqlandı 

11:12 - 16 Noyabr 2026

Azərbaycanda \"qocalıq pensiyası\" alanların sayı açıqlandı 

Bu ilin oktyabr ayında yaşa görə aylıq sosial müavinət ("qocalıq pensiyası") alanların sayı 180 398 nəfər olub.


Manset.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirlib.

Məlumata görə, yaşa görə aylıq sosial müavinət alanların 40,8 %-ni kişilər, 59,2 %-ni isə qadınlar təşkil edib.

Xatırladaq ki, əmək pensiyası hüququ olmayan, işləməyən 65 yaşına çatmış şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq 220 manat məbləğində yaşa görə müavinət verilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az