Avtomobillərdən oğurladığı pulla özünə "iPhone 18" alan şəxsi polis saxlayıb.
Manset.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda gecə saatlarında bir neçə avtomobilin şüşəsi sındırılıb. Avtomobillərdən ümumilikdə 2 min manata yaxın nağd pul və 400 manat dəyərində maqnitofon oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə oğurluqları törədən N.Teymurov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, N.Teymurov oğurladığı pulla ilkin ödəniş edərək özünə "iPhone 18" markalı mobil telefon alıb.
Araşdırmalar davam etdirilir.