Saatlı rayonunda 68 yaşlı kişi xəstəxanaya aparılarkən vəfat edib.
Manset.az xəbər verir ki, noyabrın 26-sı saat 05 radələrində Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Əlqəmzə İslam oğlu İbrahimov yaşadığı Mircəlalkənd kəndindəki evdə infarkt keçirib və yıxılarkən baş nahiyəsindən xəsarət alıb.
Ə.İbrahimov qohumları tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.