İti asaraq öldürən 86 yaşlı kişi tutuldu

09:42 - 04 Mart 2022

İti asaraq öldürən 86 yaşlı kişi tutuldu

Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub.

 

DİN Mətbuat xidmətindən Manset.az verilən məlumata görə, sosial şəbəkələrdə itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri yayılıb. Həmin hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib.

Hadisəni törədən şəxsin rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib. Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az