Azərbaycana minatəmizləmə maşınları GƏTİRİLDİ

12:38 - 04 Mart 2022

Azərbaycana minatəmizləmə maşınları GƏTİRİLDİ

"Ötən il imzalanan sazişə əsasən bu il 6 minatəmizləmə maşını Azərbaycana gətirilib".

 

Manset.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, 2 minatəmizləmə maşını artıq yoldadır və yaxın günlərdə ölkəmizə daxil olacaq: “Sifarişlər əsasında digər maşınlar da hazırlanır. Onlar isə iyuna qədər Azərbaycana çatdırılacaq".

Sədr qeyd edib ki, ABŞ-dan Azərbaycana 30 minaaxtaran itin ölkəmizə gətirilməsi nəzərdə tutulub: "Onlardan artıq 20-si Azərbaycandadır. Digəri də təsdiq olunmuş qrafikə uyğun olaraq çatdırılacaq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az