Tanınmış kino adamı, Əməkdar mədəniyyət işçisi Şahin Qalabəyovda xərçəng xəstəliyi aşkarlanıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, maddi vəziyyəti yaxşı olmayan Şahin Qalabəyovun müalicə xərclərini Birinci vitse – prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva öz üzərinə götürüb.
Belə ki, xəstəlik aşkarlandıqdan sonra maddi vəziyyəti pis olan sənətkar üzü olduğu Respublika Kinematoqrafçılar İttifaqının rəhbərliyinə müraciət edib. İttifaqın rəhbərliyi isə Şahin Qalabəyovun müalicəsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edib və müraciət dərhal müsbət cavablandırılıb. Hazırda Şahin Qalabəyov öz istəyi ilə özəl klinikalardan birində müalicələrini davam etdirir, daha sonra isə ağır əməliyyat keçirəcək.
Manşet.az
