“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş QALDIRILDI

15:03 - 10 Mart 2022

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş QALDIRILDI

Dövlət Xidməti dəmir yolu sahəsində xidmətlərin göstərilməsi ilə əlaqədar iş qaldırıb

 

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Manset.az-a bildirilib.

Qurum tərəfindən dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparılıb.

Araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb. //BAKU.WS


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az