Son 3 gündə respublika ərazisində 56 mindən artıq ağac əkildi

16:48 - 11 Mart 2022

Son 3 gündə respublika ərazisində 56 mindən artıq ağac əkildi

Ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində yaz ağac əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam edir.


Manset.az xəbər verir ki, bu gün Siyəzən və Samux rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 5 hektar ərazidə 10 000-dən çox meşəcinsli ağac tingi əkilib.

Qeyd edək ki, son 3 gün ərzində Zaqatala, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş, Tovuz, Samux, Şəmkir, Siyəzən, Quba, Masallı və Lənkəran rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 33 hektar meşə fondu ərazisində  56 000-dən artıq meşəcinsli ağac əkilib, 500 kiloqram toxum səpilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az