Ukraynanın Xarkov şəhərinə dünən gecə saatlarında ballistik raket atılıb.
Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdə Xarkovdakı binaların birinə endirilən raket zərbəsindən sonra dəhşətli partlayış qeydə alınıb.
Dağıntılar altından 7 nəfərin cəsədi çıxarılıb, üç nəfər isə xilas olunub. Xilasetmə işləri davam etdirilir.