Bakıda partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

14:44 - 06 Aprel 2022

Bakıda partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.  

 

Manset.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilir ki, xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb. Bundan başqa, tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər yaxınlarının iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə köçürülüb.

Hazırda tibb müəssisələrində ümumilikdə 13 nəfər müalicə  alır. Onlardan 10-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Qeyd edək ki, yaralanan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 5 nəfərdən 2-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az