Bakıda barja yanalma körpüsünə toxundu - Video

18:47 - 10 Aprel 2022

Bakıda barja yanalma körpüsünə toxundu - Video

Dünən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qoyub və nəticədə barja yanalma körpüsünə toxunub.

 

Manset.az xəbər verir ki, bu barədə “BOSH Shelf” məlumat yayıb.

Bildirilib ki, əməliyyat dərhal dayandırılaraq, dayaq bloku limana bərkidilib və digər zəruri tədbirlər həyata keçirilib:

“Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.

Dayaq blokunun yerdəyişmə işləri bərpa olunaraq bu gün gün ərzində adi qaydada icra olunur”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az