“Aprel ayından etibarən Milli Məclisin komitələrinin bir iclası Şuşa şəhərində keçiriləcək”.
Manset.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
O, xatırladıb ki, ötən həftə Şuşada Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası keçirilib: “Digər komitələrin də Şuşada keçirilməsi planlaşdırılan iclaslarının qrafiki məlumdur və komitə rəhbərlərinə təqdim olunub”.