Xəbər verdiyimiz kimi, bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub. Ətrafdakı şəxslərin köməyi ilə alov söndürülüb.
TƏBİB-dən Manşet.az-a verilən məlumata görə, sözügedən şəxs reanimasiya şöbəsinə yerləşdirilib.
Bildirilib ki, o, II-III dərəcəli ağır yanıq xəsarəti alıb: “İntihara cəhd edən şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib”.