Azərbaycanda son sutkada 5 150 doza vaksin vurulub.
Manşet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 695, ikinci doza vaksinlərin sayı 377, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 724, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 354-dür.