Təmirə ehtiyacı olan məktəblərin sayı AÇIQLANDI

20:32 - 26 Aprel 2022

Təmirə ehtiyacı olan məktəblərin sayı AÇIQLANDI

“Azərbaycanda 900-ə qədər təmirə ehtiyacı olan məktəb var. Ancaq ölkədə 4 400 məktəbin olduğunu nəzərə alsaq, kifayət qədər təmirli məktəbin mövcudluğunu hesab edə bilərik”.

Manşet.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.

“Hər il nazirlik və Heydər Əliyev Fondu tərəfindən müəyyən sayda məktəb əsaslı təmir olunur. Bütün məktəbləri eyni vaxtda təmir etmək mümkün deyil. Növbəlilik prinsipi var ki, şagird sayı çox olan, ən pis vəziyyətdə olan, eləcə də, regional bölgü nəzərə alınaraq məktəblər təmir olunur”, - nazir qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az