"35 yaşım var, hansı dövlət qurumu məni işə qəbul edər?" - Azərbaycanlı model (FOTO)

17:08 - 27 Aprel 2022

\"35 yaşım var, hansı dövlət qurumu məni işə qəbul edər?\" - Azərbaycanlı model (FOTO)

Azərbaycanlı model və aktyor Rüstəm Cəbrayılov sosial şəbəkədə yeni paylaşım edib.

 

Manset.az xəbər verir ki, “Best Model of The World” titulunun sahibi feysbuk səhifəsində fotosunu paylaşaraq işsizlikdən şikayətlənib:

“Aylıq maaşı olanları çıxmaq şərti ilə, elə bil digərlərinə həyat dayanıb. Dekabr ayından bu tərəfə demək olar ki, ölkədə nə kino çəkilir, nə də reklam. Ondan əvvəl də vəziyyət ürək açan deyildi. Nə edək? İndi biz də aylıq maaşı olan bir iş tapıb, 16 il çəkdiyimiz əziyyətin bəhrəsini görmədən bu sahənin səhifəsini bağlayaq? Bacarmırsınız çəkilin qırağa ya da bacaranlara şərait yaradın. Bacarmırsınız, çəkilin qırağa ya da bacaranlara şərait yaradın, bu qədər lağ-lağı olar?

Mən ömrümü bu sahəyə ayırdım. Bu gün yaxşı olar, sabah yaxşı olar, bütün dünya ölkələrində yaxşı oldu bir bizdə yaxşı olmadı. Xaricdə çox böyük çəkilişlərdə oldum, “fashion week”lərdə oldum, çox məşhur insanlar ilə çalışdım, böyük təcrübə yığdım. İndi də 35 yaşım var, maraqlıdır hansı dövlət qurumu məni işə qəbul edər?”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az