İş yoldaşını bıçaqlayıb öldürdü - Özü xəstəxanaya aparıbmış

09:10 - 07 May 2022

İş yoldaşını bıçaqlayıb öldürdü - Özü xəstəxanaya aparıbmış

Lənkəranda 27 yaşlı gənc qətlə yetirilib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli mübahisə zəminində 1995-ci il təvəllüdlü Zakir İbrahimzadəni ayağında bıçaqlayıb. 22 yaşlı gənc Zakiri bıçaqladıqdan sonra onu özü xəstəxanaya aparıb, daha sonra könüllü olaraq polisə təslim olub.

Xəstəxanaya yerləşdirilən Zakir İbrahimzadənin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Zakirlə Hüseyn avtomobillərin ehtiyat hissələri satışı mağazasında birgə çalışıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az