Məktəbli qızı xilas etməyə çalışarkən xəsarət alan gömrükçünün son durumu AÇIQLANDI

10:56 - 11 May 2022

Məktəbli qızı xilas etməyə çalışarkən xəsarət alan gömrükçünün son durumu AÇIQLANDI

İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi həftəsonu evə buraxılacaq.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, 37 yaşlı Zahid Niyazovun vəziyyəti günbəgün stabilləşir.

Onun müalicə aldığı Mərkəzi Gömrük Hospitalından həftəsonu evə buraxılması gözlənilir.

Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.  


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az