Oksford Universitetinin əməkdaşları Azərbaycanda seysmik tədqiqatlar aparır

14:48 - 11 May 2022

Oksford Universitetinin əməkdaşları Azərbaycanda seysmik tədqiqatlar aparır

Azərbaycan Milli Elmlər Akademiyası və Böyük Britaniyanın Oksford Universiteti arasında olan Anlaşma çərçivəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Oksford Universitetinin əməkdaşlarının birgə apardığı paleseysmoloji tədqiqatlar davam etdirilir.

 

Mərkəzdən Manset.az-a verilən məlumata görə, hazırda hər iki qurumun əməkdaşlarından ibarət qrup Salyan rayonu ərazisində tədqiqatlar aparırlar. Buna qədər Ağsu, İsmayıllı və Göyçay rayonlarında birgə tədqiqatlar aparılıb. Tədqiqatların mayın 21-nə qədər davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, aparılan tədqiqatların məqsədi Azərbaycan ərazisində infrastruktur və əhali üçün ciddi seysmik təhlükə yarada biləcək tektonik qırılmaları müəyyən etməkdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az