Rəsul Çunayev iddialara belə cavab verdi - Video

14:25 - 29 May 2022

Rəsul Çunayev iddialara belə cavab verdi - Video

“Son günlər haqqımda sosial şəbəkələrdə Azərbaycanı tərk etməyimlə bağlı məlumatlar yayılıb. Xəbərin altında isə qeyd edilib ki, rəsmi məlumat deyil”.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Yunan-roma güləşi üzrə Rio olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib.

O, sosial şəbəkədə haqqında yayılan, "Rəsul Çunayev Azərbaycanı tərk edir" xəbərlərinə aydınlıq gətirib. R.Çunayev bu məlumatın dezinformasiya olduğunu açıqlayıb:

“Mən heç yerə getməmişəm və getmək fikrim də yoxdur. Harasa yalnız Azərbaycanı təmsil etmək üçün gedə bilərəm. Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür. Bunu hər zaman yadda saxlayın”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az