Azərbaycanlı Rusiyada adının “qəribəliyinə” görə saxlanıldı

08:46 - 30 May 2022

Azərbaycanlı Rusiyada adının “qəribəliyinə” görə saxlanıldı

Rusiyanın paytaxtı Moskvanın hava limanında “Ya Zamir” (Mən Zamirəm) yazılı plakat tutan Azərbaycan vətəndaşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salma şübhəsi ilə saxlanılıb.

 

Manset.az "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə rusiyalı rəssam Yuri Şabelnikov “Facebook” hesabında yazıb.

Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları onun bu yazısını sülhə çağırış kimi başa düşdüyü üçün saxlayıb. Belə ki, “Ya Zamir” rus dilində “Mən sülh tərəfdarıyam” mənasını verir.

Saxlanılan azərbaycanlının adının Zamir olması və hava limanında həmin şəxsi qarşılayacaq adamların onu tanıması üçün sözügedən plakatı daşıması müəyyən edildikdən sonra həmyerlimiz sərbəst buraxılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az