Calal Qurbanovun vəziyyəti necədir? - "Deyirlər, məni it dişləyib"

13:57 - 06 İyun 2022

Calal Qurbanovun vəziyyəti necədir? - \"Deyirlər, məni it dişləyib\"

Nəğməkar şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb. 

 

Manset.az xəbər verir ki, hazırda xəstəxanada olan C.Qurbanov hadisə ilə bağlı axşam.az-a açıqlama verib. Ötən gün reanimasiyaya yerləşdirilən şair bildirib ki, hazırda palataya köçürülüb:

"Deyirlər, məni it dişləyib. İtlər mənə yox, ata hücum etdi. Səhər saat 6-da övladlarımla at çapmağa çıxmışdım. Dəniz kənarında olan itlər ata hücum etdi, atdan yıxıldım. Ondan sonrasını xatırlamıram. Məni necə xəstəxanaya gətiriblər, reanimasiyaya yerləşdiriblər bilməmişəm. İndi özümə gəlmişəm, yaxşıyam. Palataya köçürülmüşəm".  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az