Şamaxı-Bakı yolundakı qəza ilə bağlı cinayət işi başlanıldı

11:38 - 13 İyun 2022

Şamaxı-Bakı yolundakı qəza ilə bağlı cinayət işi başlanıldı

Şamaxı-Bakı yolunda məktəbliləri və müəllimləri daşıyan avtobusun qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq Təhqiqat İdarəsində araşdırma aparılıb. Araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi (Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması) ilə cinayət işi başlanılıb.

Məlumatı DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya təsdiq ediblər.

Qeyd edək ki, ötən axşam saat 22:50 radələrində Şamaxı-Bakı yolunun Acıdərə adlanan ərazisində avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzada xəsrəat alan şəxslərə köməklik göstərilib. 4 nəfər yüngül xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az