“Səhliyalı” satıldı – Yeni sahibi görün kimdir

17:45 - 28 İyun 2022

“Səhliyalı” satıldı – Yeni sahibi görün kimdir

Ölkənin tanınmış kolbasa-sosis istehsalçısı olan “Səhliyalı” KM sahibi dəyişib.

 

Manset.az xəbər verir ki, Elşən Bəkir Bəkir oğlu artıq sözüedən müəssisənin qanuni təmsilçisi deyil.

“Səhliyalı” hazırki qanuni təmsilçisi Rövşən Səmədov Knyaz oğludur.

Saytımıza verilən məlumatda iddia olunur ki, işçilərin maaşlarının ödənməsində çətinlik çəkən rəhbərlik şirkəti satmaq qərarına gəlib.

“Səhliyalı” KM-in tərkibindəki  “1000 Bərəkət Halal Nemət” MMC-nin qanuni təmsilçisi isə dəyişməyib, hələ də İlham Bəşirov Bəşir oğludur.

Qeyd edək ki, “Səhliyalı” KM-nin niamnamə kapitalı 759000 AZN-dir.  Şirkət Elşən Bəkir Bəkir oğlununn adına olsa da direktor kimi qardaşı Fərid Bəkir Bəkir oğlu göstərilib.

Xatırladaq ki, şirkətin saytı da (sahliyali.com) bir neçə gündür fəaliyyətini dayandırıb.

  32gun.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az