Gürcüstan səfiri quru sərhədlərin açılması ilə bağlı DANIŞDI

11:42 - 29 İyun 2022

Gürcüstan səfiri quru sərhədlərin açılması ilə bağlı DANIŞDI

"Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik".

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes-forumunda qonşu ölkənin səfiri Zurab Pataradze bildirib.

O, həmçinin deyib ki, quru sərhədlərinin bağlı olması fonunda iki ölkə arasında aviasiya əlaqələri getdikcə artırılır və "Azərbaycan Hava Yolları" QSC (AZAL) gələn aydan etibarən Bakıdan Tbilisiyə həftədə 3 dəfə reyslər həyata keçirəcək.

Qeyd edək ki, Bakı-Tbilisi aviareyslərini AZAL-ın aşağı büdcəli törəməsi "Buta Airways" də gündəlik yerinə yetirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az