Zaur Kamal iranlı müğənnini EFİRDƏN QOVDU - VİDEO

10:28 - 30 İyun 2022

Zaur Kamal iranlı müğənnini EFİRDƏN QOVDU - VİDEO

"Həmin Zaur" verilişinin ötən gün yayımlanan buraxılışında gərgin anlar yaşanıb.

 

Manset.az xəbər verir ki, buna səbəb proqrama dəvət olunan iranlı müğənni Afşin Azərilə aparıcı Zaur Kamal arasında yaşanan mübahisə olub. 

Belə ki, ifaçı Zaurun "İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız" sözlərinə "O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Bizim yanımızda böyük hörmətiniz var. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?" deyərək qarşılıq verib. 

Bundan sonra Zaur  "Şəhərdə müsahibə götürdük, adınızı bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Pormehr və ya digər iranlı müğənnilər mənim yanımda kimdir ki? İranda səhnələri doldururam" sözlərini söyləyib. 

Azərin isə aparıcının bəhs etdiyi söhbəti xatırlamadığını bildirib. Zaur isə "Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan" deyərək iranlı müğənnini efirdən qovub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az