Azərbaycan polisi Zaqatalada itkin düşən turistin yeni yayılan fotosuna münasibət bildirib.
Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov “lent.az”a açıqlamasında bildirib ki, polis həmin fotodan məlumatlıdır:
“Foto turist itkin düşməzdən əvvəl çəkilib. O, dağa qalxarkən yolda yerli sakinlərlə qarşılaşıb və onlarla şəkil çəkdirib. Həmin şəxslər bu barədə polisə ifadə veriblər”.
