Azərbaycanda kişi əmisi və onun oğlunu güllələdi - Dəhşətli cinayətin TƏFƏRRÜATI

10:33 - 01 İyul 2022

Azərbaycanda kişi əmisi və onun oğlunu güllələdi - Dəhşətli cinayətin TƏFƏRRÜATI

2020-ci ildə Yardımlıda Şəmsəddin Kərimov və oğlu Elməddin Kərimovun güllələnərək qətlə yetirilməsində təqsirləndirilən Kənan Nuroğlu və atası Nürəddin Kərimova hökm oxunub.

 

Manset.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Nuroğlu ömürlük, N.Kərimov isə 17 il müddətə azadlıqdan məhrum edilib.

Tərəflər arasında mübahisə Nürəddin Kərimov və oğlu Kənanın kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən baş verib. Belə ki, qardaşı Şəmsəddin Kərimov və oğlu Elməddin əraziyə gələrək etirazlarını bildiriblər.

Yaranmış mübahisə nəticəsində Nurəddin avtomobilindən silahı çıxardıb hazır vəziyyətə gətirib, oğlu Kənan isə həmin silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.

Ətraflı İTV-nin hazırladığı videomaterialda izləyə bilərsiniz:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az