logo
logo logo
logo

"Ay Ağamirzə, yetmiş yaşın var, necə yəni Rəşad Dağlı birinci meyxana deyəndir?" - Məşhur meyxanaçıdan QALMAQALLI AÇIQLAMA

14:13 - 20 İyul 2022

\"Ay Ağamirzə, yetmiş yaşın var, necə yəni Rəşad Dağlı birinci meyxana deyəndir?\" - Məşhur meyxanaçıdan QALMAQALLI AÇIQLAMA

Məşhur meyxanaçı Mahir Cürət son vaxtlar meyxanaçılar arasında baş verən qalmaqallara münasibət bildirib. Manşet.az-a danışan söz ustadı, həmkarı Elşən Xəzərin bir müddət öncə "meyxanada şah yoxdur" açıqlaması barədə də danışıb və onu dəstəklədiyini dilə gətirib:

 

"Elşən Xəzəri o sözü düz deyib. Bizdə nəinki "şah", "kral" söhbətləri, indikilərin etdiyi çox şey 
yox idi. Məsələn, dava etmirdik, toydan sonra pul beş saat ortada qalsaydı, heç kim ora gözünün 
ucuyla baxmazdı və həmin pulu yalnız bir nəfər sayardı. Hamımız bir-birimizə inanardıq. Orda ikinci  söhbət ola bilməzdi. Yaşca ən böyük olanımız məclisi başlayardı... Çox şeylər var idi... Dünyanın o başına getmişik, mehriban, gülə-gülə də qayıdıb gəlmişik". 

Mahir Cürət bildirib ki, əruz vəzninin meyxanaçılar arasında populyarlaşması məhz onun adıyla bağlıdır:

"İndi durub əruzdan danışırlar. Yekəxanalıq kimi çıxmasın, əruzu meyxanada mən dirçəltmişəm. Bunu hamı bilir. Bunlar əruzun şifahi tərəfini bilirlər. İki-üç bəhrdir də, hər gün məşq edirlər, toyda söz demək asanlaşır. Çoxları əruzun yazılı tərəfini bilmir. Rəhmətlik Vüqara kimsə "əruzun şahı"deyəndə narazılıq edirdi ki, Kərbəlayi Mahirin (özünü nəzərdə tutur-red.) yanında 
mənə o sözü demək olmaz. Nənki mənim yanında, Aydının da, Kərimin də yanında belə sözlər ona deyiləndə xoşlamırdı. Ağamirzəyə mən ustad demişəm. Mənə deyiblər, Ağamirzə nə bilir ki, sən ona ustad deyirsən? Deyirdim ki, elə deyil, o, məndən on yaş böyükdür. Ağamirzə meyxana deyəndə mən çadırdan baxmışam". 

Söz ustadı Rəşad Dağlının "meyxana kralı", "meyxana şahı" adlandırılması barədə bunları deyib:

"Bu gün üçün meyxananın şahı yoxdur və o sözü ortalıqdan yığışdırmaq lazımdır. Başa düşürəm e, çörəkləri ondan çıxır. Ağamirzə Zaur Kamalın verilişində durdu dedi ki, birinci meyxana deyən Rəşad Dağlıdır. Rəşad bizim dostumuz, qardaşımızdır, yaxşı sənətkardır. Sizcə Zaur Kamal o sualı Ağasəlim Çıldağa verə bilərdi? Ağasəlim ona ağzına gələni deyərdi. Ay Ağamirzə, yaşlı adamsan, yetmiş yaşın var, necə yəni Rəşad birinci meyxana deyəndir? Düşünürəm ki, bu söhbət heç Rəşadın özünün də xoşuna gəlməyib. Rəşadın sənətinə söz yoxdur, amma bu sözü efirdə demək sənə yaraşmır axı. Meyxanada birinci, ikinci söhbəti yoxdur. Bir komanda bu il çempion olur, gələn il autsayderlər qrupunda mübarizə aparır". 

Qeyd edək ki, M.Cürət uzun illərdir ki, bir neçə xəstəlikdən, həmçinin narkotik asılılığından əziyyət çəkir.

Mahir Cürət: “Hər gün dua edirəm ki, kaş öləydim” – Müsahibə


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az